Martda nikaha girmək istəyən 15 nəfərdə QİÇS aşkarlanıb


15:05     09 Aprel 2021 21_04_09_1617966658.jpg


Azərbaycanda mart ayı ərzində nikaha daxil olmaq istəyən 8 624 nəfər müayinədən keçib.

Onların 262-də talassemiya daşıyıcılığı, 84-də sifilis, 15 şəxsdə isə HİV (QİÇS) aşkarlanıb.

Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 4 olub.

Qeyd edək ki, 2015-ci ildən indiyədək nikaha daxil olmaq istəyən 729 521 nəfərin qan müayinəsi aparılıb. 25 335 cütlükdən birində talassemiya daşıyıcılığı, 297 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2 886 nəfərdə sifilis, 755nəfərdə HİV(QİÇS) qeydə alınıb".

Femida.az

Açar sözlər: #nikah   #mart   #xəstəlik  

Oxunub: 661