Ərdoğanla Putin “Sputnik V” vaksininin birgə istehsalı imkanlarını müzakirə edib
19:28 09 Aprel 2021
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün baş tutmuş telefon danışığında koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məsələlərini detallı müzakirə ediblər.
Femida.az -IN xəbərinə görə, Kremlin yaydığı məlumatda bildirilir ki, liderlər bu sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, o cümlədən bu kontekstdə Rusiyanın “Sputnik V” vaksininin çatdırılması və birgə istehsalı imkanlarını baxımından addımlar atmağa hazır olduqlarını bildiriblər.
Ərdoğan Türkiyədə epidemiya əleyhinə görülən tədbirlər barədə məlumat verib. Bildirilib ki, prioritet məsələlərdən biri xarici turistlərin təhlükəsizliyinin təmin olunmasıdır.
Qərara alınıb ki, o cümlədən Rusiya vətəndaşlarının sağlamlığının qorunması baxımından müvafiq strukturların xətti ilə sıx təmaslar aparılsın.
Oxunub: 1036
Oxşar xəbərlər
- Ərdoğanla Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
- Ərdoğanla Quterreş arasında telefon danışığı olub
- Ərdoğanla Putin arasında telefon danışığı olub
- Ərdoğanla Putin arasında telefon danışığı olub
- Ərdoğanla Putin arasında telefon danışığı olub
- Ərdoğanla Bayden Qarabağ məsələsini müzakirə edəcək
- Ərdoğanla Putin arasında telefon danışığı olub
- Ərdoğanla Putin arasında görüş başa çatıb
- Ərdoğanla Qaribaşvili Qafqazdakı vəziyyəti müzakirə etdilər
- Ərdoğanla Zelenski arasında görüş başlayıb