Nazirlik: “Kərəm Mustafayev həbs olunmayıb”


22:56     26 Dekabr 2015 mn.PNG

Müdafiə Nazirliyi Naxçıvanda yerləşən Əlahiddə Ordu komandanı, general-leytenant Kərəm Mustafayevin həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, K. Mustafayevlə bağlı bəzi kütləvi informasiya vasitələrində (KİV) yayılan xəbərin heç bir əsası yoxdur.

Qeyd edək ki, Artıq bir neçə gündür ki, bəzi KİV-də K. Mustafayevin həbs olunması xəbəri yayılıb.

Açar sözlər:

Oxunub: 1415