Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələyib


12:25     10 Aprel 2021 2018/12/tural_genceliyev_afarov1499687898_1545742170.jpg


Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gözəlyan Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyevi “həbsxanada başını kəsəcəyik” deyərək təhdid edib.


Femida.az-ın məlumatına görə, bu barədə Tural Gəncəliyev “Facebook” hesabında paylaşım edib.

İcma sədri qeyd edib ki, Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobia və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür.





Femida.az

Açar sözlər:

Oxunub: 680