Mingəçevirdə restoranda toy edənlər cərimələnib
20:07 10 Aprel 2021
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Çinar” restoranında sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, obyektin sahibi Rəşad Bəşirova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.
Polislər tərəfindən mərasimin təşkilatçıları və iştirakçıları, xidmət personalı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, restoran sahibi R.Bəşirov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Oxunub: 1088
Oxşar xəbərlər
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
- Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
- Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
- Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var
- Mingəçevirdə saxta pul çap edən qadın və kişi saxlanılıb
- Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb
- Mingəçevirdə kütləvi dava olub, iki nəfər bıçaqlanıb
- Mingəçevirdə yarımtikilidə meyit tapılıb