İranın Nətənz Atom Elektrik Stansiyasında qəza olub


09:21     11 Aprel 2021 21_04_11_1618118554.jpg

Iranın Nətənz Atom Elektrik Stansiyasında (AES) qəza baş veirb.

Femida.az -ın məlumatına görə, İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi qəzanın AES-in elektrik şəbəkəsində baş verdiyini bildirib.

Behruz Kəmalvəndi deyib ki, qəza nəticəsində insan tələfatı və çirklənmə baş verməyib.


O qeyd edib ki, hazırda qəzanın səbəbləri araşdırılır.

Açar sözlər:

Oxunub: 851