Özbəkistan dövləti Qarabağda bir məktəbi təmənnasız bərpa edəcək
14:07 11 Aprel 2021
“Azərbaycan torpaqlarında müharibə böyük dağıntılar, faciə gətirib”
Femida.az-ın məlumatına görə, bunu Ağdamda səfərdə olan Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev bildirib.
Asadjon Xojayev deyib ki, Azərbaycan hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub:
“Bu, işğaldan azad edilən ərazilərin yenidən qurulması və inkişafı ilə bağlıdır. İnsanlar tədricən bu ərazilərə qayıdacaqlar. Çünki burada infrastruktur, evlər, hər şey dağıdılıb. Bütün dünya, beynəlxalq ictimaiyyət buna diqqət yönəltməlidir. Türk Şurasına üzv ölkələr də işğaldan azad olunmuş ərazilərin bərpasında aktiv iştirak edəcək. Özbəkistan bu ərazilərin bərpası üçün öz köməyini təklif edib. Biz hazırda mütəxəssislərlə birgə bərpasında iştirak edəcəyimiz obyektləri müəyyənləşdiririk. Bizim inşaatçılar bu ərazilərdə obyektlərin bərpasında iştirak edəcək. Məndə olan məlumata görə, Özbəkistan bir məktəbi təmənnasız bərpa edərək Azərbaycan xalqına hədiyyə edəcək. Hazırda Özbəkistan inşaatçıları tərəfindən bərpa ediləcək obyektlərin siyahısı dəqiqləşdirilir. Ən əsası Dağlıq Qarabağa sülh gəlib”.
Oxunub: 600
Oxşar xəbərlər
- Özbəkistan və Qazaxıstan arasında hərbi təlimlər başlayıb
- Özbəkistanda prezident seçkiləri başa çatıb
- Özbəkistan Əfqanıstanda inklüziv hökumətin qurulmasına tərəfdardır
- Özbəkistan vətəndaşı Bakıda qətl törədib
- Özbəkistanın Azərbaycandakı səfiri Diasporla İş üzrə Dövlət Komitəsində olub
- Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik edib
- Özbəkistanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
- Özbəkistan avtomobil və hava yollarını bağlayır
- Özbəkistanın XİN başçısı Azərbaycana səfərə hazırlaşır
- Özbəkistanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib