Rektor koronavirusa yoluxdu, ali məktəbdə dərslər dayandırıldı
12:13 12 Aprel 2021
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa yoluxub.
Bu barədə Xalq artisti özü məlumat verib.
O bildirib ki, 8 gün əvvəl özünü narahat hiss edib: “Koronavirusa görə verdiyim testin cavabı pozitiv çıxıb. Səhhətim yaxşıdır, müalicəmi ev şəraitində davam etdirirəm. Hər şey yaxşıdır”.
Konservatoriyanın Mətbuat xidmətinin rəhbəri Anar Bəylərov isə “Report”a bildirib ki, COVID-19 səbəbindən təhsil müəsissəsində əyani dərslər dayandırılıb.
“Yoluxmaların sayı çoxaldığına görə, rektorun tapşırığı ilə bu gündən etibarən əyani dərslər müddətsiz dayandırılıb. Bundan sonra dərslər onlayın formada davam etdiriləcək. Konservatoriyanın 3 əməkdaşının COVID-19 testinin nəticəsi pozitiv çıxıb”, - o deyib.
Oxunub: 659
Oxşar xəbərlər
- Rektor işdən çıxarıldı
- Rektor tələbələri fəxri fərmanla təltif etdi
- Rektor 100 minlik avtomobili nə vaxt alıb? - AÇIQLAMA
- Rektordan müəllimlərə pul hədiyyəsi - 13-cü maaş
- Rektorlar 5 il müddətinə təyin ediləcək - Fərman
- Rektordan tələbələrə maraqlı jest - Kitabların pulu...
- Rektor tələbə ilə dama oynadı - VİDEO