Lukaşenko Azərbaycana gəlir


13:52     12 Aprel 2021 21_04_12_1618221178.jpg


Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfər edəcək.

Azvision.az xəbər verir ki, bu barədə “BelTa” agentliyi məlumat yayıb.

Məlumata görə, səfər aprelin 13-də baş tutacaq.

Qeyd edilib ki, iki günlük səfər zamanı Azərbaycan-Belarus münasibətlərinin əsas istiqamətləri və ikitərəfli əməkdaşlığın strateji məsələləri müzakirə olunacaq. Tərəflər, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye kooperasiya, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər. Həmçinin, səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində məsələlər diqqətdə olacaq.

Bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 968