Sabiq icra başçılarının həbs müddəti uzadıldı


16:29     12 Aprel 2021 2020/08/mehkeme_esas_1597837766.jpg

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Səbail Rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, N.Zeynalovun barəsindəki həbs qətimkan tədbiri 3 ay uzadılıb.

Qeyd edək ki, N.Zeynalov ötən ilin dekabr ayında Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Bundan başqa, Kürdəmir rayonunun sabiq icra başçısı Ceyhun Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, C.Cəfərovun barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, C.Cəfərov ötən ilin avqust ayında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvətalma), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib. Report




Femida.az

Açar sözlər: #məhkəmə   #icra   #başçı   #həbs  

Oxunub: 467