Qarabağın çaylarında 13 avtomat hidroloji stansiya quraşdırılacaq


10:07     13 Aprel 2021 2021/04/97913b3d-98d4-3ce9-bd7d-dfa99658844c_850_1618294096.jpg

“Qarabağın çaylarında ən müasir 13 avtomat hidroloji stansiyanın quraşdırılması planlaşdırılır”.


Femida.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Real TV”yə müsahibəsində deyib.

O qeyd edib ki, stansiyalardan üçü Tərtər çayının üzərində yerləşəcək.

U.Tağıyevanın sözlərinə görə, bərpa işləri iqtisadiyyatın bütün sahələri üçün düzgün məlumatların lazımi formatda və müasir tələblərə cavab verəcək şəkildə çatdırmağa imkan yaradacaq.

Açar sözlər:

Oxunub: 785