Bərdədə yas mərasimləri aşkar edilib
10:40 13 Aprel 2021
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayon ərazisindəki 2 fərdi yaşayış evində yas mərasimlərinin keçirildiyi aşkar edilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, həmin ünvanlara baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.
Orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.
Polis əməkdaşları tərəfindən mərasimlərdə iştirak edən 12 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.
Oxunub: 560
Oxşar xəbərlər
- Bərdədə narkotacirlər saxlanılıb
- Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb
- Bərdədə qadının evi yandırılıb, azyaşlı qızı isə bıçaqlanıb
- Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
- Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb
- Bərdədə oğul atasını qətlə yetirib
- Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı - FOTO
- Bərdədə qadın narkotacir saxlanılıb
- Bərdədə 24 yaşlı oğlan kanalda batıb
- Bərdədə antisanitar vəziyyətdə saçaqlı pendir istehsal edən sex bağlanıb