“Lider TV” Konstitusiya Məhkəməsinə müraciət edib


14:22     13 Aprel 2021 2021/04/lider_tv_logo_310816_1618309788.jpg

“Lider TV və Radio-Azərbaycan” MMC Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə şikayət verib.


Bu barədə Femida.az-a “Lider TV”-nin vəkili Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinə şikayət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamənin və qətnamədən yuxarı instansiyalara verilən şikayətlərin təmin edilməməsi ilə bağlı məhkəmə aktlarının qanunauyğun olmadığı barədədir.

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə çıxarıb. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu qətnamədən verilən şikayətləri təmin etməyib.

“Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.

Femida.az

Açar sözlər:

Oxunub: 800