Qanunsuz ov edənlərə qarşı tətbiq olunan cərimələr açıqlanıb


16:23     13 Aprel 2021 qanunsuz%20ovcu.jpg

“Milli parklarda yalnız həvəskar balıq ovuna icazə verilir. Onlar parka giriş üçün bilet alıb ov edə bilər”.

Femida.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova “Ekspert saatı”nda çıxışı zamanı deyib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov isə qeyd edib ki, balıq və su bioresurlarının qanunsuz ovu ilə bağlı keçirilən nəzarət tədbirləri nətivəsində ötən il 248 akt, 108 inzibati xəta haqqında protokol tərtib edilib:

“Ümumilikdə isə 78 430 manatlıq inzibati qaydada cərimə tətbiq olunub. 36 532 manat miqdarında iddia qaldırılıb. Reydlər zamanı Xəzər dənizi və ölkənin daxili su hövzələrində 29 ədəd qayıq, 6 ədəd lövbər, 4 950 ədəd iti uclu qarmaq, 65 162 metr uzunluğunda 800-dən çox sintetik tor, 115 ədəd venter, 108 ədəd səbət, 7 ədəd elektrik cərəyanı aparatı aşkar edilərək maddi sübut kimi götürülüb”.

O bildirib ki, ayrı-ayrı su hövzələri üzə aparılan təhlillər nəticəsində təkcə Xəzər dənizində 44 nəfər saxlanılıb:

“Ümumilikdə həmin ərazidə 39 nəfərə 43 050 manat cərimə tətbiq edilib, 21 min manatdan çox iddia qaldırılıb, 5 iş həmin işlərlə bağlı tətbiq edilən ziyan cinayət tərkibi yaratdığından aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib”.

Açar sözlər:

Oxunub: 879