Ucarda 6 məktəb koronavirusa görə bağlanıb


19:22     13 Aprel 2021 2020/03/koronavirus_1585572132.jpg

Azərbaycanda daha 6 orta məktəb koranavirusa görə bağlanıb.

Femida.az-ın xəbərinə görə, Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında rayonun Qazyan 1 saylı, Alpout 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərküşad ümumi orta məktəblərində əyani təhsil müvəqqəti dayandırılıb. Buna səbəb adı çəkilən məktəblərdə ümumilikdə 11 müəllimdə COVID-19 testinin nəticələri pozitiv çıxmasıdır.

Fəaliyyəti dayandırmış məktəblərdə dərslərin distant formada tədris olunmasına qərar verilib. Məktəblərdə dezinfeksiya işləri aparılır.

Açar sözlər:

Oxunub: 937