Hacıqabulda evi tərk edən aktiv koronavirus xəstəsi müəyyən edilib


09:24     14 Aprel 2021 2021/04/C68B9B67-8681-4132-80F9-A366DE30021C_1618378013.jpeg



Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Hacıqabul rayon sakini Elşən Həmzəyevə koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

E.Həmzəyevin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 791