Paşinyan Ermənistanda Rusiya hərbi bazasının genişləndiriləcəyini bildirib


12:19     14 Aprel 2021 2021/04/1618388223939_TNLWkK6i_1618388432.jpeg

Rusiya və Ermənistan Ermənistanda 102-ci Rusiya hərbi bazasının imkanlarının genişləndirilməsi məsələsini müzakirə edir.

Femida.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin bugünkü iclasında deyib.

O bildirib ki, Syünikdə dayaq məntəqəsi yaradıla bilər.

Baş nazir Rusiya ilə hərbi ittifaqın ölkəsinin təhlükəsizliyində vacib əhəmiyyəti barədə də danışıb.

“Ermənistanın xarici təhlükəsizliyinin dayağı erməni-rus hərbi ittifaqı və onu möhkəmləndirən onlarla beynəlxalq hərbi və strateji müqavilələr və müttəfiqlərlə qarşılıqlı öhdəliklərdir”, - deyə N. Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi baxımından erməni-rus döyüş qruplarının və vahid Hava Hücumundan Müdafiə sisteminin yaradılmasıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 434