Azərbaycan-Belarus sənədləri imzalanıb
15:15 14 Aprel 2021
Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
Femida.az xəbər verir ki, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində anlaşma və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Belarusun kənd təsərrüfatı və ərzaq naziri İvan İvanoviç Krupko imzaladılar.
“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının “Milli Turizm Agentliyi” Dövlət qurumu arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar.
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Belarus Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar.
Femida.az
Oxunub: 945
Oxşar xəbərlər
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Belarus ərazisindən Ukraynaya 20-dən çox raket atılıb
- Belarusdan Ukraynaya azı 631 raket atılıb
- Baş Qərargah: "İskəndər-M" raketləri Belarusdan Ukraynaya doğru yönəlib
- Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar var
- Belarus Qərb ölkələrinə xəbərdarlıq edib
- ABŞ Rusiya və Belarusun daha 10 təyyarəsinə uçuş qadağası qoyub
- ABŞ Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandırıb
- Ukrayna MN: "Rusiya hərbi bölmələrini Belarus ərazisində yerləşdirir"
- Britaniya kəşfiyyatı: “Böyük itki verən Rusiya qüvvələri Belarus və Rusiyaya qayıtmağa məcbur olublar”