Müharibədə ermənilər 4000-dən çox itki verib - Paşinyan açıqladı


16:38     14 Aprel 2021 2021/04/ermeni_olu_1618404511.jpg


14 aprel tarixinə olan məlumata görə, ikinci Qarabağ müharibəsində məhv edilmiş erməni hərbçilərin sayı 3621 nəfərdir.

Femida.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, itkin düşənlərin siyahısında 321 nəfər var. 201 nəfərin cəsədi və qalıqları DNT müayinəsindən keçir.

Paşinyan qeyd edib ki, 100-dən çox cəsədin şəxsiyyəti müəyyənləşdirilsə də, yaxınları onları qəbul etməkdən imtina edirlər: "Düşünürlər ki, övladları sağdır, əsirlikdədir və qayıdacaq".

Paşinyan qeyd edib ki, DNT analizinin nəticələrinə inanmayan ailələr də var: "Onlar xaricdə öz hesablarına analiz aparmaq istəyirlər, amma dövlət də öz növbəsində kömək etməyə hazır olduğunu bildirir".

Baş nazir bu göstəricilərdə ciddi dəyişikliklərin olmayacağını və ölənlərin ümumi sayının 4000-4050 nəfər arasında olacağını güman edir.

Femida.az

Açar sözlər: #Paşinyan   #müharibə   #erməni  

Oxunub: 904