Azərbaycanda vəkillərin sayı 1931-ə çatıb
17:25 14 Aprel 2021
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Femida.az-ın xəbərinə görə, onlayn iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov bildirib ki, bu gün and içəcək vəkilliyə namizədlərlə birlikdə Vəkillər Kollegiyası üzvlərinin sayı 1931 nəfərə çatacaq.
Bununla yanaşı, iclasda namizədlərə vəkillik fəaliyyəti dövrlərində qarşılaşdıqları problemlərlə, qarşıya çıxan qeyri-prosessual münasibətlərlə əlaqədar neqativ hallar və hüquqpozmalar barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilməsi tövsiyə olunub. Vəkillik fəaliyyəti zamanı qeyri-prosessual münasibətlərə yol açan, habelə hüquqpozmalarla nəticələnə bilən hər bir hərəkətin yolverilməz olduğu xüsusilə qeyd edilməklə, bütün vəkillər tərəfindən bir sıra məsələlərin diqqətdə saxlanılması vurğulanıb.
Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərin andiçmə mərasimi keçirilib, vəkilliyə namizədlər and içiblər.
Daha sonra, yeni vəkillər çıxış edib, vəkil peşəsini seçdikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduqlarını bildiriblər.
Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad olunma və yeni vəkil bürosunun təsis olunması ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilib.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmış və müvafiq qərarlar qəbul edilib.
Femida.az
Oxunub: 4895
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Vilyam Hacıyevin vəkili təkrar ekspertizanın keçirilməsini istəyir
- Tanınmış vəkil: "Polis şöbəsində zorakılığa məruz qaldım"
- Azərbaycanda qadın vəkillərin sayı açıqlanıb
- Millət Vəkili sensasion korrupsiya faktını AÇIQLADI- VİDEO
- Vəkil arvadını güllələyən polisin məhkəməsində tərkibin dəyişdirilməsini istəyib
- Vəkillər Kollegiyasının sədri vəkilliklə bağlı qanuna dəyişikliyin olunmasını təklif edir
- Azərbaycanda vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb
- Şair Əli Vəkil vəfat edib
- Vəkillər "İdeal”ın həbsdə olan keçmiş rəhbərinə bəraət istəyiblər