Nikol Paşinyan istefa verəcəyi tarixi açıqladı


19:59     14 Aprel 2021 21_04_14_1618413646.jpg

Ermənistanın baş naziri Nikol Paşinyan parlamenti buraxaraq erkən seçkilər təyin etmək üçün aprel ayının son 10 günü ərzində vəzifəsindən istefa verəcəyini bildirib.

Femida.az “TASS”a istinadən xəbər verir ki, bunu o, parlamentdə bugünkü “hökumət saatı” vaxtı açıqlayıb.

“Protokol qaydaları naminə yeddinci gün baş nazir vəzifəsinə namizədliyimi irəli sürəcəyəm, qalan fraksiyalar isə öz namizədlərini açıqlamayacaq. “Mənim addımım” fraksiyası məni baş nazir seçməyəcək. İkinci dəfə də qrup namizədliyimi irəli sürəcək və yenə də seçməyəcək. Parlament buraxılacaq, iyunun 20-də də seçkilər keçiriləcək”, - N.Paşinyan izah edib.

Açar sözlər:

Oxunub: 1091