Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan vəfat edib


20:20     14 Aprel 2021 21_04_14_1618416541.jpg

Bakıda daha bir müəllim koronavirusdan vəfat edib.

Femida.az xəbər verir ki, 20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Lalə Kərimova 40 yaşında dünyasını dəyişib.

O, bir müddət əvvəl COVID-19-a yoluxubmuş.

Qeyd edək ki, Kərimova Lalə Rafiq qızı 1981-ci ildə anadan olub. 1998-2002-ci illərdə Müstəqil Azərbaycan Universitetində təhsil alıb.

Xatırladaq ki, aprelin 10-da 20 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi İradə Tağıyeva da koronavirusdan dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 1071