Azərbaycanın əməkdar məşqçisi vəfat etdi


20:51     14 Aprel 2021 21_04_14_1618419156.jpg

Azərbaycanın sərbəst güləş üzrə Əməkdar məşqçisi, SSRİ idman ustası Qiyas Məsimov 71 yaşında vəfat edib.

Bu barədə Femida.az-a Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musayev məlumat verib.

Onun sözlərinə görə, Məsimov böyrək çatışmazlığından əziyyət çəkirdi.

Qeyd edək ki, Qiyas Məsimov son olaraq Abşeron rayonu Uşaq-Gənclər İdman Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Açar sözlər:

Oxunub: 973