Rusiyada yanğın zamanı 4 uşaq həlak olub


09:55     15 Aprel 2021 21_04_15_1618463097.jpg

Rusiyanın Sverdlovsk əyalətinin Bızovo kəndində həyət evində ölümlə nəticələnən yanğın olub.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xilasedicilər yanmış evin dağıntıları altında hadisə zamanı həlak olmuş 4 uşağın meyitini aşkarlayıblar.

Qeyd edilir ki, qonşular daha bir uşağın evin dağıntıları altında qala biləcəyini deyiblər. Hadisənin başvermə səbəbi açıqlanmır.

Açar sözlər:

Oxunub: 824