MDB Parlamentlərarası Asambleyasının sessiyası başladı


13:19     15 Aprel 2021 2021/04/unnamed-(14)_1618478659.jpg

Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Asambleyasının yaz sessiyası başlayıb.

Asambleyanın daimi komitələrinin, rəhbər qurumu olan PA Şurasının iclasları, habelə asambleyanın plenum iclası video rabitəsi də istifadə olmaqla qarışıq formatda keçiriləcək. Sessiyada Milli Məclis sədri Sahibə Qafarovanın rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir.

Ssesiya çərçivəsində PA Şurasının sədri, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun sədrliyi ilə “COVID-19 pandemiyası dövründə qlobal təhlükə və təhdidlər: terrorçuluq və zorakı ekstremizm” adlı beynəlxalq parlamentlərarası konfrans, habelə nümayəndə heyətlər rəhbərlərinin, Şura katibliyi nümayəndələrinin, ekspertlərin iştirak edəcəyi Şura iclası keçiriləcək.

Açar sözlər:

Oxunub: 870