Naxçıvan Qarnizonunda məşğələlər keçirilib - VİDEO
20:20 15 Aprel 2021
“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən bölük, batareya komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, bölmələrin idarə edilməsi üzrə bacarıqlarının və komandir keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.
İlk olaraq zabitlərə sıra baxışı keçirilib və məşğələlərə hazırlıqları yoxlanılıb. Praktiki məşğələlər zamanı zabitlərə müdafiə döyüşü üzrə hava hücumundan müdafiə, raket-artilleriya və tank bölmələrinin fəaliyyəti nümayiş olunub.
Qarnizonun Təlim-Tədris Mərkəzində zabitlərə hərbi topoqrafiyadan, hüquq və mənəvi-psixoloji hazırlıqdan nəzəri dərslər keçirilib.
Komandir hazırlığının sonunda zabitlərin ümumqoşun, ixtisas, topoqrafiya və fiziki hazırlıq səviyyələri yoxlanılıb. Məşğələlərin yekun təhlili aparılan zaman məqbullar götürülərkən zabitlərin yüksək nəticə göstərikləri bildirilib, bölmələrin döyüş hazırlğının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Femida.az
Oxunub: 511
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanla Türkiyə arasında quru sərhədi niyə bağlanıb?
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Naxçıvana yeni daxili işlər naziri təyin edilib
- Naxçıvanda avtomobil ər-arvadı vuraraq öldürüb
- Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır
- Naxçıvan gömrükçüləri 47 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb
- Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb