Siqaret istifadəçilərinin Nəzərinə


19:29     27 Dekabr 2015 no-smoking-sign-s-9587.png

Avropa Birliyinin 2015-ci il mart ayı qərarına əsasən 2016-cı ildən etibarən siqaret paketlərinin üstündə siqaretin yol açdığı müxtəlif xəstəlikləri əks etdirən fotoşəkillər əks olunacaq.


Femida.az-ın məlumatına görə, bu qanun Avropa Birliyinə üzv olan 28 ölkədə 20 may 2016-cı il tarixindən etibarən qüvvəyə minəcək.

Yeni ildə siqaret istifadəçilərini siqaretdən uzaq tutmaq üçün paketlərin üstündə yazılan yüngül, zərərsiz, təbii tütün kimi ifadələr qadağan edilib.

2020-ci ildə nanə tozu ilə dadlandırılmış siqaretlərin satışı da qadağan ediləcək. Hazırda siqaret reklamlarının da qadağan edilməsi gözlənilir.

Açar sözlər:

Oxunub: 1981