6 aydır komada olan müharibə iştirakçısı vəfat etdi


09:36     16 Aprel 2021 21_04_16_1618552747.jpg


Vətən müharibəsində yaralanaraq komaya düşən hərbi qulluqçu Səbuhi Hüseynli ötən gün vəfat edib. O, 6 ay komada qalandan sonra şəhidlik zirvəsinə ucalıb.


Qeyd edək ki, S.Hüseynli 1998-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. Oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb. O, oktyabrın 30-da beyin əməliyyatı olunub. S.Hüseynli 6 ay koma vəziyyətində qalıb. Onun 1 övladı yadigar qalıb.

Mərhum bu gün Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında torpağa tapşırılacaq.


Femida.az

Açar sözlər: #müharibə   #koma   #hərbçi  

Oxunub: 652