Bu günədək 2342 şəhid ailəsinə vəsiqələri təqdim edilib
12:22 16 Aprel 2021
“Bu günə qədər 44 günlük Vətən müharibəsinin 2 342 şəhid ailəsinin 4 294 üzvünə şəhid ailəsi vəsiqələri təqdim edilib”.
Femida.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov “Sosial saat”da çıxışı zamanı deyib.
O qeyd edib ki, proses davam edir: "Əməkdaşlarımız səyyar şəkildə yerindəcə şəhid ailələrinin üzvləri ilə görüşüb xidmət göstərirlər”.
Qeyd edək ki, şəxsin şəhid hesab edilməsi üçün tələb olunan sənədlər əsasında şəxsə şəhid, ailə üzvlərinə isə şəhid ailəsi üzvü statusu verilməsi barədə 1 aydan gec olmayaraq arayış verilir. Həmin arayış əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli struktur bölmələri tərəfindən şəhid ailəsi vəsiqəsi verilir.
Femida.az
Oxunub: 383
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir