Cüdo üzrə olimpiya çempionu vəfat edib
19:14 16 Aprel 2021
Rusiyanın cüdo üzrə olimpiya çempionu Sergey Novikov dünyasını dəyişib.
Femida.az Rusiya Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, tanınmış idmançı 72 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.
Bununla əlaqədar Portuqaliyanın paytaxtı Lissabonda bu gün start götürən Avropa çempionatının açılış mərasimi 1 dəqiqəlik sükutla başlayacaq.
Qeyd edək ki, Sergey Novikov Monreal-1976 Yay Olimpiya Oyunlarının qalibi olub. Onun hesabında Avropa çempionatının 3 qızıl, 2 gümüş və 4 bürünc medalı da var. Novikov həm də sambo üzrə Avropa çempionluğunu qazanıb.
Oxunub: 1002
Oxşar xəbərlər
- Azərbaycan cüdo yığması Avropa Kubokunda 4 medalla 3-cü yeri tutub
- Azərbaycan cüdoçuları Böyük Dəbilqədə iki medal qazanıb
- Azərbaycan cüdoçusu finala yüksəlib
- Azərbaycanın son 9 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır
- Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib
- Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb
- Azərbaycan cüdoçusu qızıl medal qazanıb
- Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb
- Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır
- Paracüdoçularımız son gündə 1 qızıl, 2 gümüş medal qazandılar