Qaradağda top mərmisi tapılıb (FOTO)
11:59 17 Aprel 2021
Qaradağ rayonunun ərazisində partlayış təhlükəli əşya aşkar edilib.
Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, ötən gün Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xüsusi texnika və avadanlıqlarla təchiz edilmiş pirotexnik qrupu cəlb olunub.
Hadisə yerinə baxış zamanı döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli 1 ədəd 85 millimetrlik top mərmisi aşkar edilib.
FHN XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin etdikdən sonra pirotexniklər aşkar edilmiş mərmini ərazidən götürərək, müvafiq qaydada zərərsizləşdiriblər.
Əraziyə təkrar baxış zamanı başqa partlayış təhlükəli əşya aşkar edilməyib.
Həmçinin, Tovuz rayonunun Vahidli kəndi ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında FHN Xüsusi Riskli Xilasetmə Xidməti və Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerinə baxış zamanı 1 ədəd partlamamış 85 millimetrlik top mərmisi aşkar edilib götürülərək, aidiyyəti üzrə təhvil verilib. Təkrar baxış zamanı ərazidə hər hansı partlayış təhlükəli əşya aşkar edilməyib.
Oxunub: 506
Oxşar xəbərlər
- Qaradağda avtomobil yolu keçən kişini vurub
- Qaradağda yanğın, 5 nəfər təxliyə olunub
- Qaradağda 27 yaşlı gənci öldürən şəxs həbs edilib
- Qaradağda zəncirvarı qəzada bir nəfər ölüb, 4 nəfər xəsarət alıb - RƏSMİ
- Qaradağda yük maşını dərəyə aşıb, ölən var
- Qaradağda avtomobil aşıb, xəsarət alan var
- Qaradağda "Aşura" mərasiminin təşkilatçı həbs edildi
- Qaradağda oğurluq edən kişi və qadın saxlanıldı
- Qaradağda "Mercedes" yandı
- Qaradağda 4 otaqlı ev yanıb