Son üç ayda 17 uşaq övladlığa verilib
12:00 17 Aprel 2021
Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlərin davamı olaraq, bu ilin yanvar-mart aylarında 17 uşaq həmin müəssisələrdən ailələrinə qaytarılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, qeyd olunan müddətdə 17 uşaq (9-u oğlan, 8-i qız) isə övladlığa verilib.
Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyi 1 noyabr 2019-cu ildən övladlığa verilən uşaqların sayı isə 23-ü oğlan, 21-i qız olmaqla 44 nəfərdir.
Uşaqların övladlığa götürüldüyü ailələrdə inkişafı üçün şəraitin olmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə ciddi nəzarət həyata keçirilir, övladlığa götürülən uşaqların ailələrdəki vəziyyətinin öyrənilməsi üçün dövri monitorinqlər aparılır.
Oxunub: 827
Oxşar xəbərlər
- Son sutkada Azərbaycanda 49 nəfər koronavirusa yoluxub
- Son sutkada daha 19 nəfər koronavirusa yoluxub
- Son 10 gündə Rusiya və Ukrayna arasında 210 hərbçi meyitlərinin mübadiləsi aparılıb
- Son 18 ildə Azərbaycanda əfv edilən şəxslərin sayı açıqlanıb
- Son iki gündə 3 yol qəzası baş verib, iki nəfər ölüb
- Son iki gündə yol qəzalarında 6 nəfər ölüb
- Son 2 ayda Azərbaycanda yol qəzalarında 126 nəfər ölüb
- Son 1 ayda Bakıda cinayət törədən 75 nəfər saxlanılıb
- Son 20 gündə Azərbaycanda narkotikə görə 38 nəfər həbs edilib
- Son 2 ildə Azərbaycanda psixi pozuntusu olan şəxslər 14 qətl hadisəsi törədib - RƏSMİ