Karantini pozan repetitor saxlanılıb
12:01 17 Aprel 2021
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman, repetitor fəaliyyəti ilə məşğul olan rayon sakini Vüqar Abdullayevin karantin qaydalarını pozması halı aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, həmin şəxsin 22 nəfər şagirdlə bir otaqda dərs keçməsi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən V.Abdullayevin törətdiyi qanunazidd hərəkətin qarşısı alınıb, yeniyetmələr isə ailələrinə təhvil verilərək, valideynlərə övladlarının səhhəti ilə bağlı münasibətdə məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.
V.Abdullayev barədə Siyəzən RPŞ-də qanunamüvafiq tədbir görülüb.
Oxunub: 933
Oxşar xəbərlər
- Karantini pozan 40 nəfər həbs edilib
- Karantini pozan 1296 nəfər cərimələndi
- Karantini pozan 3 147 nəfər cərimələndi
- Karantini pozan çayxana aşkar edilib
- Karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı
- Karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı
- Karantini pozaraq fəaliyyət göstərən gözəllik salonu aşkarlandı
- Karantini pozan 2 kafe aşkarlandı, 20 nəfər cərimələndi
- Karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı
- Karantini pozan Qobustan sakinləri məsuliyyətə cəlb olundu