Peyvənd olunanların ümumi sayı 1 milyon 325 mini keçdi


17:04     17 Aprel 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 711 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 018, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 693 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 325 034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 879 356, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 445 678 təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 338