Bakı sakinini döyərək pulunu və avtomobilini əlindən alan şəxs tutulub


19:41     17 Aprel 2021 2021/04/1618670353680_DRlzNUm0_1618674116.jpeg

Paytaxt sakininə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az
-a verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinə bir şəxsin Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Alıyevi döyərək “KİA” markalı avtomobilini, 350 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini H.Kərimli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 881