Samuxda reyd - 15 sürücü cərimələndi
09:12 18 Aprel 2021
Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.
Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Reyd zamanı 15 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.
Femida.az
Oxunub: 581
Oxşar xəbərlər
- Şəmkirdə yol polisi reyd keçirib
- Ağcabədidə yol polisi reyd keçirib, 70-dən çox sürücü cərimələnib
- Zaqatalada yol polisi reyd keçirib, piyadalar cərimələnib
- Bakıda avtobus və mağazalarda reyd keçirilib, cərimələnənlər var
- Yol polisi Samuxda reyd keçirib
- Qaxda reyd keçirilib, karantin qaydalarına riayət etməyənlər cərimələnib
- Salyanda brakonyerlərə qarşı reyd keçirilib, qanunsuz balıq ovunun qarşısı alınıb
- Polis Bakıda qanunsuz parklanma ilə bağlı reydlərə başlayır
- İmişlidə brakonyerliyə qarşı reyd keçirilib
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib