Ağdamda qoyun otaran şəxs minaya düşdü


10:07     18 Aprel 2021 21_04_18_1618727677.jpg

Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev minaya düşüb və nəticədə onun sol ayağı amputasiya edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, A.Quliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər: "Belə olan halda bu cür faciəvi hallarla qarşılaşa bilərlər".

Femida.az

Açar sözlər: #Ağdam   #mina  

Oxunub: 1024