Prokurorluq Ağdamda minaya düşən şəxslə bağlı məlumat yayıb


11:28     18 Aprel 2021 Tovuz%20sakini%20minaya%20düşdü.jpg

Aprelin 17-də saat 21 radələrində Xocalı rayon sakini, 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə Ağdam rayon Prokurorluğuna məlumat daxil olub.


Ağdam rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sol ayağın topuqdan aşağı ətrafının amputasiyası” xəsarəti alması müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 783