İsmayıllıda COVID-19 xəstəsi bazarda aşkarlandı - FOTO
16:30 18 Aprel 2021
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, şəhər sakini Bəhruz Dünyamalıyevə sosial izolyasiya qaydalarına riayət edərək yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq polis əməkdaşları tərəfindən insanların hərəkətinin intensiv olduğu bazar ərazisində saxlanılıb. Həmin şəxslə izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə geri qaytarılıb.
İnfeksiyanın yayılmasına şərait yaradan B.Dünyamalıyev barəsində İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxunub: 534
Oxşar xəbərlər
- İsmayıllıda dağlıq ərazidə meşə yanır
- İsmayıllıdakı vergi ödəyicilərinə xidmət mərkəzi müvəqqəti fəaliyyət göstərməyəcək
- İsmayıllıda meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıb
- İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
- İsmayıllıda restorandan oğurluq edən gözətçinin cinayət əməli ifşa olunub
- İsmayıllıda marketdə yararlılıq müddəti bitən məhsullar aşkarlanıb
- İsmayıllıda qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb
- İsmayıllıda məktəbdə texniki işçini öldürən gözətçi tutulub
- İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
- İsmayıllıda hərbi xidmətdən qayıdan şəxs dəm qazından boğularaq ölüb