Beş rayon polis şöbəsində monitorinq aparılıb


21:25     07 Aprel 2015 polis.jpg

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov, köməkçiləri – Elşad Həmidov və Cəlal Salayevlə birlikdə Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayon polis şöbələrinin müvəqqəti saxlanma məntəqələrində monitorinq keçiriblər.


Femida.az-ın xəbərinə görə, bu barədə APA-ya məlumat verən E, Behbudov bildirib ki, monitorinq zamanı saxlanılan şəxslərin vəziyyəti, onlara qarşı münasibətlə maraqlanıblar: “Monitorinqin məqsədi saxlanma şəraiti, saxlanılan şəxslərə qarşı münasibət, saxlanılan şəxslərlə bağlı sənədləri yoxlamaqdan ibarət idi. Saxlanılan şəxslər əsasən Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma), 177-ci (oğurluq) və 178-ci (dələduzluq) maddələrinə əsasən təqsirləndirilirlər”.

 

E. Behbudov monitorinq zamanı saxlanılan şəxslərdən bəzi şikayətlərin olduğunu da bildirib: “İşgəncə və qeyri-insani rəftarla bağlı şikayətlər olmasa da, istintaqın gedişi ilə bağlı saxlanılan şəxslərdən bir neçə şikayət daxil olub. Həmin məsələləri daxili işlər naziri Ramil Usubovun diqqətinə çatdıracağıq ”.


Femida.az

Açar sözlər:

Oxunub: 734