İlham Əliyevə daha bir məktub


03:29     27 May 2015 2015-01-02-19-43-08prezidentttt(01011)4.jpg

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov İlham Əliyevə təbrik məktubu göndərib.


Femida.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Təbrik məktubunda deyilir: ""Milli bayramınız – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu bayram çoxmillətli Azərbaycan xalqının birliyinin, ölkənin suverenliyinin, cəmiyyətdə həmrəyliyin və sabitliyin rəmzidir. Azərbaycanın bugünkü şəksiz uğurları, beynəlxalq miqyasda müstəqilliyinin, nüfuzunun möhkəmlənməsi, əhalisinin həyat səviyyəsinin və firavanlığının yüksəlməsi Sizin yürütdüyünüz məqsədyönlü və uzaqgörən siyasətin bəhrəsidir. Biz Sizin uğurlarınızı öz uğurlarımız kimi qəbul edir və bu nailiyyətlərlə fəxr edirik.

Əminəm ki, xalqlarımız arasında sıx və etibarlı münasibətlər keçmişin şanlı ənənələrindən qaynaqlanaraq, bundan sonra da qardaşlıq, dostluq, qarşılıqlı hörmət və anlaşma əsasında inkişaf edəcək.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasının çiçəklənməsi naminə bitib-tükənməyən güc və enerji arzu edirəm".

Açar sözlər:

Oxunub: 629