Yevlax ikimərtəbəli ərzaq mağazası yanıb


09:47     19 Aprel 2021 21_04_19_1618810735.jpg

Yevlax şəhərində hər mərtəbəsi 650 m² olan ikimərtəbəli ərzaq mağazasının ikinci mərtəbəsinin yanar konstruksiyaları 56 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Açar sözlər:

Oxunub: 354