Xocavəndə avtomobil yolunun inşası son mərhələdədir


13:00     19 Aprel 2021 21_04_19_1618826632.jpg


Prezident İlham Əliyevin Ağcabədi rayonunun Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müvafiq yenidənqurma işlərini son mərhələ üzrə davam etdirir.

Bu barədə Femida.az-a qurumdan bildirilib.

Məlumata görə, uzunluğu 41 km olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun müxtəlif km-lik hissələrindən götürür.

Femida.az

Açar sözlər: #Xocavənd  

Oxunub: 760