İsmayıllıda 70-ə yaxın sürücü cərimələndi
15:39 19 Aprel 2021
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələrinin sürücülərini müəyyən etmək məqsədilə reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daha çox şəhərin mərkəzi küçə və prospektlərində keçirilən reyd zamanı parklanma qaydalarını pozan, piyada səkilərini zəbt edən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb ki, onlarla bir daha maarifləndirici söhbətlər aparılıb.
Ümumilikdə cari ay ərzində İsmayıllıda yol polisi əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dayanma-durma qaydalarını pozduqları üçün 70-ə yaxın avtomobil sahibi barəsində inzibati protokol tərtib olunub.
Femida.az
Oxunub: 881
Oxşar xəbərlər
- İsmayıllıda dağlıq ərazidə meşə yanır
- İsmayıllıdakı vergi ödəyicilərinə xidmət mərkəzi müvəqqəti fəaliyyət göstərməyəcək
- İsmayıllıda meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıb
- İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
- İsmayıllıda restorandan oğurluq edən gözətçinin cinayət əməli ifşa olunub
- İsmayıllıda marketdə yararlılıq müddəti bitən məhsullar aşkarlanıb
- İsmayıllıda qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb
- İsmayıllıda məktəbdə texniki işçini öldürən gözətçi tutulub
- İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
- İsmayıllıda hərbi xidmətdən qayıdan şəxs dəm qazından boğularaq ölüb