Mingəçevirdə avtomobil aşıb - Xəsarət alanlar var


09:01     20 Aprel 2021 2021/04/1618864484232_ahH81ctZ_1618894963.jpeg

Mingəçevirdə yol qəzası baş verib.

Hadisə gecə saatlarında Energetik yaşayış massivində, İncilli yolu adlanan istiqamətdə qeydə alınıb.

İdarəetmədən çıxan "Hyundai" markalı minik maşını aşıb. Qəza nəticəsində avtomaşında olan 1999-cu il təvəllüdlü Abdullayev İsmixan Sadiq oğlu və 2002-ci il təvəllüdlü Abbaszadə Emil Asif oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 770