Birinci siniflərə qəbul başlayır


11:21     20 Aprel 2021 birinci%20sinif1.jpg

Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Təhsil Nazirliyindən Femida.az-a cavab olaraq bildirilib ki, I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni ümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.

Açar sözlər:

Oxunub: 936