“Hərbi liseyin 114 məzunu şəhidlik zirvəsinə ucalıb” - General


13:57     20 Aprel 2021 21_04_20_1618912677.jpg


"Respublikamız müstəqilliyini bərpa etdikdən sonra hərbi liseyin məzunu olmuş 4332 kursant müxtəlif ali hərbi məktəblərdə təhsillərini davam etdirərək zabit rütbəsi almış və bu gün onlar Silahlı Qüvvələrin, eləcə də Azərbaycan Ordusunun zabit heyətinin böyük əksəriyyətini təşkil edirlər".

Femida.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Ənvər Əfəndiyev Cəmşid Naxçıvanski adına hərbi liseydə keçirilən yubiley tədbirində deyib.

General bildirib ki, onlar respublikamızın təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasında fədakarlıq, əzmkarlıq, şücaət və rəşadət nümunələri göstərirlər:

"Məktəbin məzunlarından 20 nəfər ali hərbi rütbəyə yüksəlib, 11 nəfər “Azərbaycanın Milli Qəhərmanı” adına layiq görülüb, yüzlərlə məzun döyüş orden və medalları ilə təltif olunublar. Həm Birinci Qarabağ müharibəsində, həm də 44 gün davam edən Vətən müharibəsində hərbi liseyin məzunları böyük rəşadət və şücaət nümunələri göstəriblər. 19 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” (9 nəfər ölümündən sonra) fəxri adına layiq görülüb, 235 nəfər isə orden və medallarla təltif edilib. Həmçinin Vətən müharibəsinin ilk günündən etibarən hərbi liseydə xidmət keçən 43 nəfər zabit, 12 gizir, 3 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu döyüş əməliyyatlarında iştirak edib, onlardan mayor Əliyev Asiman Vaqif oğlu şəhid olub, 3 nəfər isə yaralanaraq müxtəlif dərəcəli xəsarətlər alıblar. Hərbi liseyin məzunlarından 114 nəfəri şəhidlik zirvəsinə ucalıb".

Femida.az

Açar sözlər:

Oxunub: 497