Polis Qusarda əməliyyat keçirdi - Saxlanılan var
10:13 21 Aprel 2021
Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında və qanunsuz dövriyyəsində şübhəli bilinən Qusar rayonu Mucuq kənd sakini Nadir Şixmetov rayon ərazisində saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman oradan təmiz çəkisi 570 qram olan qurudulmuş marixuana, eləcə də qurudulması üçün asılmış 25 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı Nadir Şixmetov barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Femida.az
Oxunub: 938
Oxşar xəbərlər
- Qusarda meyiti tapılan qadının əri tərəfindən döyülərək öldürüldüyü məlum olub
- Qusarda ikimərtəbəli ev yanıb
- Qusarda 20 yaşlı oğlan göldə boğulub
- Qusar sakini intihar edib
- Qusar sakinləri Xaçmazda bıçaqlanıblar
- Qusarda mağazadan oğurluq edən şəxs həbs edilib
- Qusarda gənc qadın dəm qazından ölüb
- Qusarda karantin qaydalarını pozan çay evinin icarədarı həbs edilib
- Qusarda qumbara və xeyli sursat aşkarlanıb
- Qusarda yol qəzası baş verib