Putinin Federal Məclisə müraciəti başlayıb
13:33 21 Aprel 2021
Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciəti başlayıb.
“Manej” Mərkəzi sərgi kompleksində keçirilən tədbir pandemiya dövründə Rusiya Prezidentinin əyani formatda iştirakı ilə ilk genişmiqyaslı siyasi tədbir hesab olunur.
Koronavirus pandemiyasına görə Rusiya Prezidentinin Federal Məclisə müraciətində iştirak etmək üçün akkreditasiya qaydaları sərtləşdirilib. Belə ki, tədbirdə iştirak edəcək senator, deputat və qubernatorlardan, eləcə də tədbiri işıqlandıracaq media nümayəndələrindən üç dəfə ayrı-ayrı günlərdə, 16, 19 və 20 aprel tarixlərində COVID-19 testi tələb olunub. Üç dəfə koronavirus testi verməyənlər tədbirə buraxılmayıb.
V. Putinin Federal Məclisə müraciətini işıqlandırmaq üçün 435 media nümayəndəsi akkreditasiyadan keçib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında builki müraciətin əsasən ölkə daxili sosial və iqtisadi problemlərə həsr olunacağını açıqlayıb. Siyasi ekspertlər isə V. Putinin müraciətində beynəlxalq məsələlərə, xüsusi ilə də Ukrayna münaqişəsi fonunda Qərb ölkələri ilə münasibətlərin pisləşməsi məsələsinə toxunacağını qeyd ediblər.
Oxunub: 979
Oxşar xəbərlər
- Putinin Ukraynada atəşkəsin əldə edilməsi ilə bağlı 6 tələbi məlum olub
- Putinin demokratiya barədə düşüncələri Baydenin təqdimatında
- Putinin köməkçisi koronavirusa yoluxdu
- Putinin səhhəti pisləşib? - Rəsmi Moskva AÇIQLADI
- Putinin illik böyük mətbuat konfransının vaxtı məlum olub
- Putinin son Qarabağ açıqlaması Azərbaycanı qane edir - Əli Hüseynli
- Putinin mühafizəçiləri prezidenti belə xilas etdi-VİDEO
- Putinin prezidentliyə başladığı gün - Vladimr haqqında 12 maraqlı FAKT
- Putinin nə qədər pulu var? - AÇIQLANDI
- Putinin xüsusi nümayəndəsi Azərbaycana gəlir