“Jeep”lə “Mercedes” toqquşdu - 3 bacı yaralandı


03:32     28 Dekabr 2015 33d0796b732f20afffebe36f4d7ab71b.jpg


Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

Femida.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Bərdə rayon sakini, 1964-cü il təvəllüdlü Ramiz Əvəz oğlu Əzizovun idarə etdiyi “Jeep” markalı, 09 BJ 700 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu Muxax kənd sakini, 1981-ci il təvəllüdlü Qüdrət İsa oğlu Orucovun idarə etdiyi “Mercedes” markalı 62 BK 173 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəzada “Mercedes”in sürücüsünün qızı, 2010-cu il təvəllüdlü Aysu Orucova və bacıları, 1983-cü il təvəllüdlü Nüşabə Kələşova ilə 1971-ci il təvəllüdlü Zemfira Orucova xəsarət alıblar. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Yaralılardan Zemfira Orucova qapalı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, digərləri isə ilkin yardımdan sonra evə buraxılıblar.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 955


Oxşar xəbərlər